Live opening · Posted 9 days ago
At a glance
The key details from the original listing.
Your early-applicant advantage
Live timing from JobBeeper.
About the role
Description supplied by the original job listing.
Heselo — Satış tərəfdaşı
Heselo oyun klubları, bilyard zalları, karaoke və lounge məkanları, eləcə də antikafelər üçün rezervasiya və məkan idarəetməsini bir platformada birləşdirən onlayn sistemdir.
Hazırda Heselo-nu potensial müştərilərə təqdim edəcək və yeni bizneslərin platformaya qoşulmasına kömək edəcək Satış tərəfdaşı axtarırıq.
Bu, komissiya əsaslı əməkdaşlıqdır. Sabit maaş nəzərdə tutulmur. Uğurlu satış baş verdikdə paketə uyğun olaraq 40–50% komissiya ödənilir.
Əsas məsuliyyətlər
Heselo üçün potensial müştərilər tapmaq
Potensial müştərilərlə əlaqə yaratmaq və Heselo-nu təqdim etmək
Müştərinin ehtiyaclarını anlamaq və Heselo-nun uyğun imkanlarını göstərmək
Satış prosesini maraqdan razılaşmaya qədər davam etdirmək
Yeni müştərinin Heselo-ya qoşulmasına kömək etmək
Biz sizdən böyük satış komandası qurmağı və ya sərt gündəlik satış hədəflərini yerinə yetirməyi gözləmirik. Əsas məqsəd uyğun biznesləri tapmaq, Heselo-nu düzgün təqdim etmək və real satış yaratmaqdır.
Komissiya modeli
Uğurlu satışdan 40–50% komissiya
Komissiya birdəfəlik ödənilir
Satış olmadıqda ödəniş edilmir
Sabit maaş nəzərdə tutulmur
Müştərinin sonrakı yenilənməsinə görə əlavə komissiya nəzərdə tutulmur
Namizədə gözləntilər
İnsanlarla rahat və peşəkar ünsiyyət qura bilmək
Satış və təqdimat bacarığı
Təşəbbüskar və nəticəyönümlü olmaq
Yeni potensial müştərilər tapmaq və onlarla əlaqə yaratmaq
Məhsulu öyrənib sadə və aydın şəkildə təqdim edə bilmək
Satış təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil. Əsas olan ünsiyyət qurmaq, məhsulu başa düşmək və onun müştəri üçün faydasını göstərə bilməkdir.
Biz nə təqdim edirik?
40–50% komissiya
Çevik əməkdaşlıq formatı
Hazır və işlək məhsul
Məhsul haqqında təqdimat və satış materialları
Heselo komandası tərəfindən lazımi dəstək
Nəticəyə əsaslanan gəlir imkanı
Əgər insanlarla ünsiyyəti sevirsinizsə, satış bacarığınıza güvənirsinizsə və nəticəyə əsaslanan əməkdaşlıq modeli sizin üçün uyğundursa, Heselo ilə birlikdə işləmək üçün müraciət edə bilərsiniz.
Work arrangement
No
More openings worth a look
Recently tracked roles with full details and direct application links.